ALMANİYADA MƏKTƏBLİLƏRİ DAŞIYAN AVTOBUSUNAŞMASI NƏTİCƏSİNDƏ 24 NƏFƏR XƏSARƏT ALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Şlezviq-Holşteyn federal əyalətinin Ştaynburq şəhəri ətrafındakı dairəvi yolda ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Məktəbliləri daşıyan avtobusun aşması nəticəsində 11-16 yaşlı 40 məktəblidən 23 nəfəri və avtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Nəqliyyat polisinin verdiyi ilkin məlumatlara görə, avtobusun sürücüsü yol ayrıcında qarşısına çıxan motosikletçini vurmasın deyə manevr edərkən avtobus yoldan çıxmış və dərin xəndəyə yuvarlanmışdır.
Xəsarət alan məktəblilərdən üçünün və sürücünün vəziyyəti son dərəcə ağırdır.