ALTERNATİV VƏ BƏRPA EDİLƏN ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ OLUNMASI ÜZRƏ DÖVLƏT PROQRAMININ İCRASINA BAŞLANMIŞDIR
Ekoloji cəhətdən təmiz mənbələr hesabına enerji istehsalının artırılması, yeni enerji mənbələri yaradılması hesabına əlavə iş yerlərinin açılması, mövcud stansiyaların istehsal gücünün artırılması, enerji təhlükəsizliyi təminatının yüksəldilməsi məqsədi ilə Abşeron yarımadasında, Mil və Muğanda, Naxçıvan Muxtar Respublikasında külək və günəş enerjisi ilə işləyən kiçik gücə malik elektrik stansiyalarının tikintisi, yeni texnologiyaların layihələndirilməsi və tətbiqi tədbirlər planında öz əksini tapmışdır.
Dövlət Proqramı, eləcə də nazirliyin hazırladığı tədbirlər planı bütünlüklə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin əhalisinin güzəranının yaxşılaşdırılmasına, respublikamızın iqtisadi yüksəlişinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş siyasətinin həyata keçirilməsinə xidmət edir.
Azərbaycan Prezidentinin 21 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi Yanacaq və Energetika Nazirliyinə tapşırılmışdır.