Anar Məmmədov: “Petkim”lə “Star”ın inteqrasiyası 2-3 ilə reallaşa bilər
Bakı, 6 fevral, AZƏRTAC
SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi ilə “Star” neft emalı zavodunun inteqrasiyası 2-3 il ərzində baş verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib.
O bildirib ki, “Petkim”in “Star”ın səhmləri alması ilə bağlı planlarda hər hansı dəyişiklik olmayıb: “COVID-19 müddətində kompleksin tutumunda azalma olmayıb. 2020-ci ildə istehsal baxımından 2019-cu ilin rəqəmlərindən uzaqda deyilik, balansla bağlı gözləntilər mənfi deyil. Epidemiya dövründə neft qiymətlərinin artmasının qısa müddətdə mənfi təsirləri oldu. Bu il ixracı azaltmışıq və əsas diqqəti daxili bazara yöləntmişik. “Petkim”in Türkiyədəki bazar payı hazırda 18 faizdir. Ölkənin tələbatını ödəmək üçün “Petkim” kimi 5 kompleksə ehtiyac var. Eynilə, neftayırma sahəsi üzrə də bəzi məhsullarda kəsir var. “Star” zavodunun isifadəyə verilməsinə baxmayaraq, ölkənin dizel yacacağı bazarında kəsir mövcuddur. Türkiyə ildə 3-4 milyon ton dizel yanacağı idxal edir. Cari kəsiri azaltmaq və yerli istehsalı artırmaq üçün yeni investisiyaları dəstəkləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]