ANNA QURBANOVA QRAN-PRİ TURNİRİNİN FİNALINDA ALTINCI YERİ TUTMUŞDUR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Anna Qurbanova çənbərlə təmrinlərin finalında da 24.450 balla 6-cı yeri tutmuşdur. Gimnastımız topla 23.3 bal, lentlə çıxışlarda 23.375 bal toplayaraq 7-ci və gürzlə təmrinlərdə 24.225 balla 8-ci yerə çıxmışdır.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, yeniyetmə idmançılarımız noyabrın 5-8-də Rusiyada keçiriləcək iki beynəlxalq turnirdə iştirak edəcəklər. Zülfiyə Əliyeva, Aysel Hüseynova, Kristina Pavlunina (hamısı 1991-ci il təvəllüdlü), Ceyla Quliyeva, Əzizə Səlimbəyova (hər ikisi 1992) və Cəmilə Hüseynova (1993) Həştərxanda “Xəzər şəfəqləri” kubokunda, Samirə Əliyeva (1990), Zeynəb Cavadlı (1991) və Nigar Mirzəyeva (1992) isə Moskvada “Qızılı yarpaqlar-2004” turnirində mübarizə aparacaqlar.