“AYAKS” FUTBOLÇULARI İSRAİLDƏ OYNAMAQDAN İMTİNA EDİRLƏR
“Ayaks” futbolçuları “Makkabi-Təl-Əviv” komandası ilə noyabrın 3-də oynamalı idilər. İsrailin xarici işlər naziri Silvan Şalom işə qarışaraq, UEFA rəhbərliyi ilə əlaqə saxlamışdır. UEFA Hollandiya komandası üçün xüsusi təhlükəsizlik şəraiti yaradılmasını tələb etmişdir.
Bunun cavabında Şalom UEFA rəhbərliyinə məktub göndərərək, əmin etmişdir ki, İsrail tərəfi qonaqların təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görəcəkdir.
“Ayaks” klubunun rəhbərliyi ilə danışıqlar aparılır.