AZAL satılan hər bir aviabiletə görə bir ağac əkəcək
Bakı, 3 may, AZƏRTAC
“Azərbaycan Hava Yolları” Bakı şəhərinin yaşıllaşdırılması və ətraf mühitin qorunmasına qayğı göstərilməsinə yönəlmiş xüsusi ekoloji layihəyə start verib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 3-dən 10-dək AZAL və AZALJET-in istiqamətləri üzrə satılan hər bir aviabiletə görə aviaşirkət bir ağac əkəcək.
Layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu ətrafındakı ərazidə tinglər basdırılaraq xüsusi ağacəkmə aksiyası keçiriləcək.
“Azərbaycan Hava Yolları” bir daha bu aksiya ilə diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]