Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışıq qoşa kateqoriyasında yarımfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc medalına layiq görülüblər.
Yarımfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçularımız finalın bir addımlığında Ü.Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırmalı olublar.
Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]