AZƏRBAYCAN ENERGETİKLƏRİ ÜÇÜN NÖVBƏTİ MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkənin milli energetika idarəsinin mütəxəssisləri NEPLAN proqram təchizatının mənimsənilməsi üzrə Bakıda keçirilmiş məşğələ-kurslarda iştirak etmişlər. Tədbir ABB AG (Vyana) şirkəti tərəfindən təşkil olunmuşdur.
Kurslar təkmilləşdirilmiş texniki sistem şəraitində iş prinsiplərinin, inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan müasir texnologiyaların və yeni proqram vasitələrinin kadrlara öyrədilməsi məqsədi ilə keçirilmişdir.
Məşğələlər başa çatdıqdan sonra dinləyicilərə sertifikatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:13]