Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Nguyen Van Phuc ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.