Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib
Bakı, 31 may, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında “Ən yaxşı hərbi orkestr” adı uğrunda müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-mədəni dəyərlərinin inkişafını təmin etmək, vətənpərvərlik hissinin, həmçinin yüksək döyüş ruhunun formalaşmasına nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]