Azərbaycan paralimpiyaçısı Avropa çempionatında ikinci gümüş medalı qazanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 50 metr məsafəyə tapançadan atəşaçma (P4) yarışında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 221.6 xal toplayan idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medala yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]