AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alilərinizə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam. Ölkənizin davamlı rifahı və tərəqqisi üçün ən xoş arzularımı çatdırır, şəxsən Sizə isə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.
II Abdulla
İordaniyanın Kralı