AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz dost,
Məni Azərbaycan Respublikası Prezidentinin sarayında şəxsən qəbul etdiyinizə görə, İsveçrəyə qayıtdıqdan sonra FİFA-nın bütün nümayəndə heyəti adından Sizə ən səmimi minnətdarlığımı bildirməyə tələsirəm.
Apardığımız müzakirələr və fikir mübadiləsi qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində keçdi.
Respublikanızın ən yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilməyim mənim üçün unudulmaz hadisə oldu.
Çox şadam və fəxr edirəm ki, bu şərəfə yalnız mənim xidmətlərim yox, eyni zamanda, bizim FİFA-da təşviq etdiyimiz humanizm, həmrəylik, komanda ruhu, nizam-intizam və hörmət kimi universal dəyərlər də layiq görülmüşdür.
Futbol matçından sonra təşkil etdiyiniz şam yeməyi bizə tam qarşılıqlı inam və etimad şəraitində fikirlərimizi və ideyalarımızı səmimiyyətlə və dostcasına bölüşmək imkanı yaratdı.
Mən bütün respublikanıza, onun vətəndaşlarına və xüsusən də gənclərə davamlı inkişaf və tərəqqi, xoşbəxtlik və sülh dolu gələcək arzulayıram.
Səmimiyyətlə Sizin,
Yozef Blatter FİFA-nın prezidenti