Azərbaycan seysmoloqları Vyanada beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 27 aprel, AZƏRTAC
Vyanada Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclası keçirilir.
İclasda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan seysmoloqları tədbirdə “Seysmoloji məlumatlara əsasən Azərbaycan ərazisinin geodinamik rejimi” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbir çərçivəsində Q.Yetirmişli Hindistanın Geologiya Assosiasiyasının prezidenti professor Harsh Gupta ilə ikitərəfli görüş keçirib. Müzakirələr zamanı tərəflər birgə elmi tədqiqatların aparılması imkanları, təcrübə mübadiləsi istiqamətində məsələlərə toxunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]