Azərbaycan vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsi həyata keçiriləcək
Tbilisi, 28 iyul, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi həmvətənlərimizin növbəti təxliyəsini həyata keçirəcək.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər arasında 150-yə yaxın Azərbaycan vətəndaşı və təxminən 100 nəfər gürcüstanlı soydaşımız var.
Siyahıda azərbaycanlı olan 8 Rusiya və 1 Türkiyə vətəndaşının adı da yer alıb.
Təxliyə olunacaq şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçirilirlər. COVID-19 testi neqativ çıxacaq azərbaycanlılar iyulun 29-da saat 10:00-da 4 avtobusla Azərbaycan səfirliyinin binası qarşısından “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Xatırladaq ki, indiyədək 1000 (min) Azərbaycan vətəndaşı Gürcüstan ərazisindən keçməklə ölkəyə təxliyə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:30]
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [13:47]