AZƏRBAYCANDA 1700-Ə YAXIN QHT DÖVLƏT QEYDİYYATINDAN KEÇMİŞDİR
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumundan AZƏRTAC-a bildirmişlər ki, bu ilin əvvəlində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestrı haqqında” yeni qanun layihəsi qəbul edildikdən sonra QHT-lərin qeydiyyatı artmışdır. Ədliyyə Nazirliyi son bir neçə ayda 86 qeyri-hökumət təşkilatını qeydiyyata almışdır.
Hazırda ölkədə 2 mindən çox ictimai birlik, cəmiyyət, təşkilat, assosiasiya və federasiya fəaliyyət göstərir ki, onlardan təqribən 1700-ü dövlət qeydiyyatından keçmişdir.