“Azərbaycanda polyak izləri” adlı infotur keçirilir
Bakı, 12 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 10 nəfərlik heyət “Azərbaycanda polyak izləri” adlı infotur çərçivəsində ölkəmizə gəlmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Polşadan olan turizm şirkətləri və kütləvi informasiya vasitələrinə ilk dəfə olaraq Azərbaycanın turizm imkanlarını tanıtmaqdan ibarətdir.
İnfotur çərçivəsində paytaxt Bakı ilə yanaşı, İsmayıllı və Qəbələ rayonlarına da səfərlər təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]