Azərbaycanın iki gimnastı III MDB Oyunlarının finalına yüksəlib
Şəki, 7 oktyabr, AZƏRTAC
Bədii gimnastika üzrə Azərbaycan millisinin iki üzvü III MDB Oyunlarında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Fidan Qurbanlı gürzlər, Şəms Ağahüseynova isə lentlərlə hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ qazanıblar.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.