AZƏRBAYCANIN İTALİYADAKI SƏFİRLİYİNDƏ XOCALI QƏTLİAMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın İtaliyadakı səfirliyində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra səfir Emil Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin təcavüzkar siyasəti barədə danışmışdır. Səfir XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınması məqsədi ilə beynəlxalq ictimaiyyətin, o cümlədən İtaliya ictimaiyyətinin geniş məlumatlandırılması istəqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmişdir.
Bundan əlavə, Xocalı soyqırımı haqqında məlumatın İtaliya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanmış xüsusi məlumat bu ölkənin dövlət qurumlarına, Romada yerləşən beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]