Azərbaycanın qız sablyaçılardan ibarət yığması MDB Oyunlarında 2-ci yeri tutub
Gəncə, 7 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarının finalında Rusiya ilə qarşılaşıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında keçirilən görüş rəqibin 45:35 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycan millisi yarışı ikinci sırada tamamlayıb.