Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Gürcüstanın müttəfiqlik səviyyəsinə yüksələn strateji tərəfdaşlıq əlaqələri

Azərbaycanla Gürcüstanın müttəfiqlik səviyyəsinə yüksələn strateji tərəfdaşlıq əlaqələri

Bakı, 7 aprel, Hikmət Əhmədov, AZƏRTAC

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Belə ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfər etməsi bunu deməyə əsas verir. Bu, 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri olandan sonra İ.Qaribaşvilinin ölkəmizə sayca 3-cü səfəridir. Bundan əvvəl o, 2021-ci il mayın 5-də Azərbaycana rəsmi səfər və 2021-ci il sentyabrın 29-da isə işgüzar səfər etmişdi.

AZƏRTAC xəbər verir ki, budəfəki səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyindəki aktual məsələlərin müzakirəsi məqsədilə Gürcüstan Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü nəzərdə tutulub.

İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. Azərbaycan Prezidenti 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı müttəfiqlik səviyyəsinə qalxan münasibətlərimizin yalnız ölkələrimiz və bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığına diqqət çəkmişdi: “Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”.

Baş nazir İ.Qaribaşvili isə öz növbəsində mətbuata bəyanatında Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışdır: “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası göstərmək olar.

İki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub.

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Keçən il bu münasibətlərin 30-cu ildönümü qeyd olunub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərarası əlaqələrimizi inkişaf etdirməyə əhəmiyyətli dərəcədə təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, indiyədək 118-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın ölkəmizdə, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu açılıb. Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər təşkil olunub.

Azərbaycan və Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs vermişdir.

Regional sülhə və sabitliyə xidmət edən Azərbaycan-Gürcüstan iqtisadi münasibətləri

Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və sonuncu, 9-cu iclası ötən il dekabrın 15-də Tbilisidə keçirilib. Bu məqsədlə Azərbaycanın Baş naziri Əli Əsədov 2022-ci il dekabrın 14-15-də Gürcüstana işgüzar səfər edib.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-fevral aylarında ikitərəfli ticarət dövriyyəsi 172 milyon dollar olub. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Ümumiyyətlə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Belə ki, Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya edilib. Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi və birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Bu xüsusda yeni bir inkişaf kimi, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i qeyd etməliyik. Bu Saziş yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.

Gürcüstandakı soydaşlarımıza Azərbaycan tərəfinin dəstəyi

Humanitar sahədə əməkdaşlığa gəldikdə, Azərbaycan tərəfindən Gürcüstanda yaşayan soydaşlarımıza edilən dəstək, bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Gürcüstanda Fond tərəfindən bir çox layihələr həyata keçirilib. Heydər Əliyev Fondu, həmçinin gürcüstanlı soydaşlarımızın durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanılmasında borçalılılara böyük dəstək olur. Xüsusən məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fondun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə hər tədris ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilib. Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub.

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Prezident İlham Əliyev 2015-ci il noyabrın 6-da Gürcüstana səfəri çərçivəsində burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışıb, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib: “Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir”.

Qeyd edək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfərdir. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Gürcüstanda yaşayan soydaşlarımızın təşkilatlanması, onların bir mərkəzdə birləşməsi də daim gündəmdə olub və bu ölkədə fəaliyyət göstərən cəmiyyətlər, eləcə də müvafiq dövlət strukturları zaman-zaman sözügedən istiqamətdə müəyyən tədbirlər həyata keçiriblər. Gürcüstan azərbaycanlıları bu ölkənin kütləvi informasiya vasitələri ilə yaxından işləyir, Azərbaycan həqiqətləri mütəmadi olaraq qonşu ölkə mətbuatında işıqlandırılır. Paralel olaraq bu ölkədə yaşayan soydaşlarımız da bir sıra mətbu orqanlar təsis edərək informasiya təbliğatında mühüm rol oynayırlar.

Azərbaycanla Gürcüstan arasında, həmçinin regionlarası əməkdaşlıq yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Respublikası ilə Gürcüstanın bir sıra şəhərləri - Gəncə - Kutaisi (1995-ci il), Sumqayıt - Rustavi (2007-ci il), Naxçıvan - Batumi (2012-ci il), Şəki - Telavi (2012-ci il), Bakı - Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il) arasında qardaşlaşma əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb.

Əminliklə söyləmək olar ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana bugünkü səfəri də ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb