SİYASƏT
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub
![](/files/galleryphoto/2022/3/1200x630/16698721974906840433_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698721976482054259_1200x630.jpg)
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.