Azərbaycanlı deputat Qələbənin 70 illiyi münasibətilə Astanada keçiriləcək tədbirdə iştirak edəcək
Bakı 4 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə MDB-yə üzv ölkələrin paytaxtlarında “Xatirə estafeti” aksiyası çərçivəsində tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Rüfət Quliyev belə bir tədbirdə iştirak etmək üçün aprelin 5-dən 7-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaq.
Deputat digər MDB ölkələrinin nümayəndələri ilə birlikdə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, Qələbə münasibətilə təşkil olunan təntənəli mərasimlərə qatılacaq, müharibə veteranları ilə görüşəcək.