BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4904,50 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 120 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,92 bənd düşmüş və 1 dollar üçün 4906,42 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında banklar arasında USD/AZM T+0 aləti üzrə 3 milyon 570 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının örta hesablanmış məzənnəsi 1 dollar üçün 4905,33 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 3 milyon 690 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 18 milyard 101 milyondur. Bir əqdə, orta hesabla, 283 846 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 32,187 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Oktyabrın 29-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.