BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4905,36 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 30 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 2,36 bənd qalxmış və 1 dollar üçün 4903 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 1 milyon 375 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 1 milyon 405 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 6 milyard 890 milyondur. Bir əqdə, orta hesabla, 140 500 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,182 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Noyabrın 1-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.