Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Bakı, 10 avqust, AZƏRTAC 

Avqustun 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2018” çərçivəsində “Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, müsabiqə iştirakçıları, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçuları, media əməkdaşlarının iştirak etdikləri mərasimdə “Azərbaycan fanfarası” səsləndirilib, dövlət himni ifa edilib.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan Beynəlxalq Ordu Oyunlarında iştirak edən ölkələrin və komandaların sayı ildən-ilə artmaqdadır. Azərbaycan Ordusunun hərbi qulluqçuları ilk gündən başlayaraq bu yarışlarda iştirak edir və uğurları ilə xalqımızı sevindirirlər. Bu il hərbçilərimiz beş növ üzrə müsabiqədə öz peşəkarlıq və məharətlərini nümayiş etdirərək yenə də fərqləniblər.

İkinci ildir ki, Azərbaycan “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və Müdafiə Nazirliyi yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən il olduğu kimi, bu il də “Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub.

Mərasimdə nəzərə çatdırılıb ki, Xəzər dənizi sahilində yaşayan bütün xalqlar üçün ümumi bir dəstərxandır və öz sərvətlərini xəzərsahili xalqlardan əsirgəmir. Odur ki, bu xalqlar da öz növbəsində Xəzəri sevməli, qorumalı və təhlükəsizliyini təmin etməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xəzər haqqında müdrik kəlama çevrilmiş bir fikrini tamaşaçılarla bölüşən aparıcı “Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır” deyib.

Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələri komandalarının iştirak etdiyi “Dəniz Kuboku” müsabiqəsinin əsas mükafatı - kubok və iştirakçı dövlətlərin bayraqları alqışlar altında səhnəyə gətirilib, üç mərhələ, altı epizodda keçirilən yarışların qısa xronikası videoçarx vasitəsilə təqdim edilib, beynəlxalq hakimlər briqadasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.

“Dəniz Kuboku” müsabiqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və Rusiya Federasiyası Xəzər dənizi Flotilyasının nümayəndəsi, ikinci dərəcəli kapitan Dmitri Nikolayeviç Korovin üçüncü yeri tutmuş Azərbaycan Respublikası və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin, ikinci yeri tutmuş Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin və birinci yeri tutmuş Rusiya Federasiyası Xəzər dənizi Flotilyasının komandalarına və üzvlərinə kubok, medal və diplomlar təqdim ediblər.

Ənənəyə uyğun olaraq müsabiqə qalibinin təmsil olunduğu ölkənin dövlət himni ifa edilib.

“Dəniz Kuboku” müsabiqəsi təşkilat komitəsinin sədri, general-leytenant Nizam Osmanov yarışların uğurla başa çatması münasibətilə müsabiqə iştirakçılarını, xüsusilə qalib komandaları Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından təbrik edib. O bildirib ki, yarışların obyektiv keçirilməsi üçün dəniz poliqonlarında, təlim-məşq komplekslərində hər cür şərait yaradılıb və fərəhli haldır ki, iştirakçılar döyüş meydanlarında deyil, yarış meydanlarında öz güclərini sınayıblar. Bu müsabiqədə ən böyük nailiyyət isə Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, qarşılıqlı etimadın, hərbi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin yaranması olub. Heç şübhəsiz, hərbi gəmilərin Azərbaycana səfəri zamanı şəxsi heyət ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, ləziz mətbəxi və adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Təşkilat Komitəsinin sədri əminliyini bildirib ki, müsabiqə iştirakçıları odlar diyarı Azərbaycandan, gündən-günə çiçəklənən doğma Bakımızdan bu diyara yenidən qayıtmaq arzusu ilə xoş təəssüratlarla ayrılacaqlar. Azərbaycanın qapıları ölkəmizə xoş məramla, xoş niyyətlə gələn hər kəsin üzünə açıqdır.

“Dəniz Kuboku” müsabiqəsi bağlı elan edilib, yarışlarda xüsusilə fərqlənmiş komanda üzvlərinin iştirakı ilə “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının və “Dəniz Kuboku” müsabiqəsinin bayraqları endirilib.

Matros geyimli məktəbli Selcanın söylədiyi, məşhur rus şairi Sergey Yesenenin “Əlvida, Bakı” şeiri alqışlarla qarşılanıb.

Sonda tədbirin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü A.Qurbani Azərbaycan xalqının bir ənənəsini xatırladıb: “Azərbaycanda qonağı şirin şərbətlə, duz-çörəklə qarşılayar, qədəmlərinə xalılar döşəyər, əlvan güllər səpər, yola salanda isə su atarlar. Su müqəddəsdir, su təmizlikdir, su saflıqdır”.

“Dəniz Kuboku” iştirakçılarının arxasınca rəmzi olaraq su atılıb ki, onlar öz ölkələrinə, xidmət yerlərinə, doğma ailələrinə sağ-salamat qayıtsınlar, yolları nurlu, uğurlu olsun.

Bağlanış mərasimində Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Hərbi Dəniz Qüvvələrinin orkestri, Əməkdar artist Cahangir Qurbanov və digər ifaçılar hərbi marş, vətənpərvərlik mahnı və rəqslərini məharətlə ifa ediblər.

Bağlanış mərasimindən sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq hakimlər briqadasının üzvləri, yerli və xarici media nümayəndələrinin iştirakı ilə “Dəniz kuboku” müsabiqəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının göstəriciləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Bakıda “Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb