Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 2-də Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, “Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcək. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.
Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim olunacaq. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.
“Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]