Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi saniyədə 28-32 metrədək güclənib
Bakı, 29 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-na olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qusarda 10, Xaçmazda 9, Şəmkirdə 7, Ağstafa, Qrız, Quba, Şahdağ, Tovuz, Balakən, Mingəçevir, Gəncə, Oğuz, Qaxda 5 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 30, Gəncədə 28, Şabranda 24, Mingəçevirdə 22, Yevlaxda 21, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Şəmkir, Zərdab, Neftçala, Şəkidə 20, Xaçmaz, Ağdamda 18, Bakıda və Abşeron yarımadasında 28-32 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 30-u gündüzədək davam edəcək. İyulun 31-i və avqustun 1-də havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]