“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib
Bakı, 12 iyul, AZƏRTAC
“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi "Atletiko Paranaense"nin (Braziliya) hücumçusu Vitor Rokeni heyətinə qatıb.
On səkkiz yaşlı futbolçu ilə 500 milyon avroluq sərbəst qalma şərti ilə 2031-ci ilin yayınadək - səkkizillik müqavilə imzalanıb. Roke 2023-2024-cü il mövsümünü icarə əsasında hazırkı klubunda oynayacaq.
Futbolçu 2022-ci ilin aprelindən “Atletiko”da çıxış edir. O, bu komandada 66 matçda 22 qol vurub və 9 məhsuldar ötürmə edib.
"Barselona" üçün bu keçid yay transfer pəncərəsində üçüncü olub. Klub daha əvvəl azad agent qismində İlkay Gündoğan ("Mançester Siti") və İniqo Martinez ("Atletik Bilbao") ilə müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]