BASTİA MERİNƏ VƏ AİLƏSİNƏ QARŞI SUİ-QƏSD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 30-da Korsika adasının Bastia şəhərinin meri Emil Zükkareli və ailəsinə qarşı sui-qəsd edilmişdir. Naməlum şəxslər onun Ot-Korsika departamentinin Sent-Luçi-de Merküçio yaşayış qəsəbəsindəki evinin girəcəyinə partlayıcı maddə qoymuşlar. Gecə baş vermiş güclü partlayış böyük dağıntıya səbəb olmuşdur. Xoşbəxtlikdən həmin vaxt mer və onun ailə üzvləri evdə olmamışlar.
Korsika adasından həm deputat, həm də mer seçilmiş E.Zükkareli yerli separatçılar tərəfindən dəfələrlə hədələnmiş və ona qarşı bir neçə dəfə sui-qəsd cəhdi edilmişdir.
Sonuncu sui-qəsd aktını heç bir təşkilat öz üzərinə götürməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]