BDU-da “İsrail poeziyası: klassik və müasir dövr” mövzusunda tədbir keçirilib


Bakı, 19 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin, Ərəb filologiyası kafedrasının birgə təşəbbüsü və regionşünaslıq (İsrail üzrə) ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İsrail poeziyası: klassik və müasir dövr” mövzusunda tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tələbələr İsrail poeziyasının formalaşması, əsas istiqamətləri barədə məlumat veriblər.
Tədbir zamanı Xaym Nahman Byalik, Lea Qoldberq, Yehuda Amixay, Raxel, Natan Alterman, Erez Biton və digər tanınmış İsrail şairlərinin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlar nümayiş etdirilib. Tələbələr tərəfindən həmin şairlərin seçilmiş şeirləri ivrit dilində səsləndirilib, azərbaycanca tərcümələri təqdim olunub.
Tədbirdə İsrail poeziyasında vətənpərvərlik, insan və təbiət münasibətləri, mühacirlik və kimlik axtarışı mövzularına xüsusi yer verilib. Bu poeziyanın yalnız bədii-estetik deyil, həm də mədəni və siyasi yaddaşın ifadəsi olduğu vurğulanıb.
Sonda fakültə dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək qiymətləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [17:29]
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib
- 14.06.2025 [17:15]
Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
- 14.06.2025 [16:47]
NDU ilə AMEA arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb
- 14.06.2025 [15:48]
Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə bu il 108 nəfər məzun olub
- 14.06.2025 [15:46]
Paytaxt məktəblərində “Son zəng”
- 14.06.2025 [15:21]