Beş gündə 975 013 ədəd müxtəlif ağac və kol əkilmişdir
Bakı, 1 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən noyabrın 22-27-də 496,49 hektar sahədə 975 013 ədəd müxtəlif ağac və kol əkilmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, 119 hektarda əkilən ağaclardan 108 603 ədədi Bakı və Bakıətrafı ərazilərin payına düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən 377,49 hektar sahədə 866 410 ədəd müxtəlif ağac və kol əkilmişdir. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilmişdir.
Ümumiyyətlə, cari ilin noyabrın 1-27-də respublika ərazisində 3 285 350 ədəd ağac və kol bitkisi əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]