Biləsuvar və Qəbələ sakinlərindən sənədləri olmayan ov tüfəngi götürülüb
Bakı, 28 iyul, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arazbari kənd sakini R.Kazımovdan müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Nic qəsəbə sakini V.Quvasaridə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam edir.