Bodrum yaxınlığında güclü meşə yanğını baş verib
Bakı, 12 iyul, AZƏRTAC
Türkiyənin kurort zonalarından biri olan Bodrumun yaxınlığındakı meşəlik ərazidə güclü yanğın başlayıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, yanğının söndürülməsinə çoxlu sayda yerüstü texnika və təyyarələr cəlb olunub.
Telekanalın məlumatına görə, yanğın bir saata yaxındır davam edir və alov tədricən yamac boyu yüksəlir. Güclü külək səbəbindən yanğının daha geniş əraziyə yayılması riski var.
Yanğın əsas kurort rayonlarından aralıda baş verdiyi üçün hazırda istirahət edənlərə heç bir mənfi təsir göstərmir. Yanan meşədən 400-500 metr radiusda fərdi yaşayış evləri yerləşir. Onlar üçün hələlik təhlükə yoxdur, lakin lazım gələrsə, hakimiyyət orqanları sakinlərin oradan operativ təxliyəsinə kömək göstərməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]