Bakı, 7 sentyabr, AZƏRTAC
Bu ilin avqust ayında 530 min 386 sərnişin “Azərbaycan Dəmir Yolları”nın (ADY) qatarları ilə səyahət edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin göstəricilərindən 35 faiz çoxdur.
Ümumilikdə isə bu il ərzində ADY 4 milyondan çox sərnişinə xidmət edib.
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin