Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub
Bakı, 27 iyul, AZƏRTAC
2026-cı ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24 milyard 413,9 milyon manat, xərcləri isə 19 milyard 824,3 milyon manat icra olunub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, icmal büdcədə 4 milyard 589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4 milyard 295,4 milyon manat, xərcləri 4 milyard 123,7 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon manat, xərcləri 78,1 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 milyard 12,3 milyon manat, xərcləri 1 milyard 153,8 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 540,2 milyon manat, xərcləri 6 milyard 434,3 milyon manat məbləğində icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]