Co Bayden: Təhlükəsiz Avropa olmadan ABŞ-ın çiçəklənməsi mümkün deyil
Bakı, 13 iyul, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden iddia edir ki, Birləşmiş Ştatlar təhlükəsiz Avropa olmadan inkişaf edə bilməz.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, ABŞ Prezidenti bu barədə Vilnüsdə Qərbin Kiyevə dəstəyinə həsr olunmuş çıxışında bildirib.
“Son illər ərzində biz transatlantik tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, qlobal sabitliyin lövbəri olan Avropa ilə ABŞ arasında münasibətlərin vacibliyini sübut etdik. ABŞ-ın təhlükəsiz Avropa olmadan çiçəklənə biləcəyi ideyası əsassızdır”, - deyə Co Bayden söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti NATO sammitində iştirak etmək və bu çərçivədə ikitərəfli və çoxtərəfli görüşlər keçirmək üçün Vilnüsdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]