Cüdo üzrə U-23 Azərbaycan çempionatı davam edir
Bakı, 12 iyul, AZƏRTAC
İyirmi üç yaşadək kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə 80 idmançı medallar uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda kişilər arasında 66, 81, 100, qadınların mübarizəsində isə 52 və 63 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Azərbaycan çempionatının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilkin görüşlər saat 11:00-da, final görüşləri isə 17:00-da keçiriləcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]