Daha 27 müəssisədən Rusiya Federasiyasına alma ixracına icazə verilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr və agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili nəticəsində fevralın 8-dən daha 27 müəssisədən - “Man Aqro” MMC, “Cənnət Aqro” MMC, “Şirin Aqro” MMC, “Agro İnternational” MMC, “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC, “Ulu Aqro” MMC, “Aqro Kompleks Qəbələ” MMC, “Balacabns” MMC, “Yaşıl Ranço” MMC, “Vitamin Vio” MMC, “Zərdabi adına Elmi Təcrübə Bazası” MMC, “Agroexim” MMC və Quliyeva Sərfinaz Mədət qızı, Əhmədov Vüqar Həmdulla oğlu, Əzizov Vüsal Natiq oğlu, Əliyev Zeynal Hacıməmməd oğlu, Məhərrəmova İradə Əmir qızı, Məmmədzadə Bayram Nüsrət oğlu, Məmmədov Bəylər Ağalar oğlu, İmanquliyev Qoşqar Bəkir oğlu, Əlihüseynov Elmar Əlfəddin oğlu, Zalov Eldar Rəsul oğlu, Kərimova Fidan Paşa qızı, Soltanov Rafiq Ağarəhim oğlu, Şıxkərimov Vüqar Zülfüqar oğlu və İbrahimov Mehman Cəfər oğluna məxsus müəssisələrdən Rusiya Federasiyasına alma ixracına icazə verilib.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, daha əvvəl 51 pomidor, 10 alma istehsalı müəssisəsindən də Rusiya Federasiyasına məhsul ixracına icazə verilib. Beləliklə, Rusiyaya alma ixracı üçün icazə verilən müəssisələrin sayı 37-ə çatıb.