Dekabrın 3-də Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
Bakı, 2 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Şimal küləyinin əsəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 7-9, gündüz 11-13 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-9, gündüz 15-19, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]