DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 9-da daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılmasını təmin ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:30]
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [13:47]