Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 21 faizdən çox artıb
Bakı, 12 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 3 milyard 75 milyon 365,8 min manat məbləğində vergi və rüsum köçürüb.
DGK-dən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,4 faiz artaraq 768 744,1 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 21,3 faiz artaraq 2 186 168 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayında daxilolmalar 39,2 faiz artaraq 97 361,5 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 23 092,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 19,5 faiz azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]