DÖVLƏT NEFT AKADEMİYASINDA YENİ LABORATORİYALAR İSTİFADƏYƏ VERİLMİŞDİR
Açılış mərasimində akademiyanın rektoru, AMEA-nın müxbir üzvü Siyavuş Qarayev təhsilimizə göstərilən dövlət qayğısından danışmış, yeni laboratoriyaların əhəmiyyətini vurğulamış, ali məktəbə göstərdiyi köməyə görə adıçəkilən şirkətlərin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
AMEC-in regional prezidenti Kris Douel şirkətin fəaliyyəti haqqında məlumat vermiş, ADNA-da hazırlanan kadrlardan istifadə etdiklərini də diqqətə çatdırmışdır.
Təhsil nazirinin müavini İradə Hüseynova, AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və digərləri təhsilimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açmışlar.
Sonra tədbir iştirakçıları müasir tələblərə cavab verən laboratoriyalarla tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]