Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə vergi daxilolmaları 41,6 faiz artıb
Bakı, 12 iyul, AZƏRTAC
İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu ilin ilk yarısının yekunlarına görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6 faiz artaraq 9 milyard 181,4 milyon manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 5 milyard 199,4 milyon manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]