Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilmişdir
Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi aksiyada qurumun əməkdaşları və jurnalistlərin iştirakı ilə Bayıl yamacında şam, tuya, akasiya və başqa növ ağaclar əkilmişdir.
H.Bağırov bildirmişdir ki, ümumilikdə Bayıl yamacında 60 hektar “çılpaq” ərazi vardır ki, artıq bu ərazidə 30-35 min ağac əkilmişdir. Məqsədimiz bu sayı 120 minə çatdırmaqdır.
Bu ərazidə geniş suvarma imkanlarının olmadığını qeyd edən nazir sürüşmə proseslərinə təkan verməmək üçün ağaclara suyun az-az verildiyini vurğulamışdır.
Burada damcılı suvarma sisteminin tətbiq edilməsi üçün yeni layihə hazırlandığını deyən nazir bu il həmin ərazidə ən azı 90 faiz bitiş əldə edəcəklərinə inandığını qeyd etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]