Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademik Şəfaət Mehdiyevin xatirə günü keçirilmişdir
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi ilə bağlı xatirə günü keçirilmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dünya şöhrətli alimin neft və onunla bağlı sahələrdəki araşdırmalarının istər respublikamızda, postsovet məkanında, istərsə də dünyanın ən nüfuzlu elm mərkəzləri olan xarici ölkələrdə xüsusi olaraq dəyərləndirildiyini qeyd etmişdir. Neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətləri olan Şəfaət Mehdiyevin yazdığı kitablar, monoqrafiyalar, dərsliklərin uzun illərdir ki, müxtəlif nəsil tələbə, alim və oxucular tərəfindən stolüstü dəyərli elmi vəsait kimi istifadə olunduğunu bildirmişdir.
Tədbirdə akademikin geologiya elminin fundamental istiqamətlərinin inkişafında əvəzsiz xidmətlərindən, Azərbaycanın geotermal şəraitinin, neft və qaz yataqlarının hidrologiyası və geoloji baxımdan rayonlaşdırılması və s. sahələrdə apardığı tədqiqatlardan və keçdiyi şərəfli yoldan danışmışlar.
Sonda Ş.Mehdiyevin oğlu A.Mehdiyev tədbir iştirakçılarına alim haqqında deyilən səmimi sözlərə görə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]