Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüşə başlamışdır
Bakı, 11 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 11-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşə başlamışdır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, məqsəd dekabrın 12-də “Heydər zirvəsi”nə çataraq müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ulu öndərin barelyefi önünə gül dəstələri qoyaraq yad etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]