Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycan-İtaliya əlaqələri hər iki dövlətin dayanıqlı iqtisadi inkişafına töhfə verir

Ekspert: Azərbaycan-İtaliya əlaqələri hər iki dövlətin dayanıqlı iqtisadi inkişafına töhfə verir

Bakı, 5 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi Vətən müharibəsindən sonra azad olunmuş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsinin və onlara geniş imkanlar yaradılmasının bariz nümunəsidir.

Xəbər verdiyimiz kimi, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində “Maire Tecnimont S.p.A.” qrupunun törəmələri olan “Tecnimont S.p.A.” və “KT-Kinetics Technology S.p.A.” şirkətləri ilə 2 mühəndislik, təchizat və tikinti (EPC) sazişi imzalanıb.

Energetika üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan sazişləri AZƏRTAC-a şərh edib.

O bildirib ki, İtaliya Azərbaycanın önəmli strateji müttəfiqlərindən biri və ölkəmizin birinci ticarət tərəfdaşıdır. İki ölkə arasındakı ticarət əlaqələri ildən-ilə artır. Belə ki, 2015-2019-cu illər arasındakı qarşılıqlı ticarət əlaqələrimiz 2,12 dəfə artaraq 6 milyard dolları ötüb. Bu çərçivədə Azərbaycanın İtaliyaya ixracı 5,64 milyard dollar, İtaliyanın Azərbaycana ixracı isə 0,36 milyard dollar təşkil edib.

Ekspert qeyd edib ki, Azərbaycan neftinin təxminən 27 faizi İtaliya bazarına ixrac edilir. Eyni zamanda, İtaliyanın “Eni” şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində 5 faiz payla çıxış edir. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu və Avropa ayağını meydana gətirən TAP layihəsində isə İtaliyanın “Snam SpA” şirkəti 20 faiz paya sahibdir və layihə çərçivəsində Avropaya ilk mərhələdə daşınan təbii qazın 80 faizi məhz İtaliya bazarına nəql olunacaq. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaz istehlakının 12 faizini təmin edəcək. İtaliya şirkətləri isə öz növbəsində, indiyə qədər Azərbaycanda neft və qeyri-neft sahələrində 10 milyard dollarlıq podrat müqavilələri icra edib. Bu şirkətlərə “Saipem”, “Maire Tecnimont” kimi şirkətləri misal göstərmək olar. İndiyə qədər İtaliya şirkətləri neft-qaz sektoru üzrə 277, qeyri-neft sektoru üzrə isə 37 layihə icra edib. Bütün bu göstəricilər öz növbəsində, Azərbaycan və İtaliya arasında strateji əlaqələrinin inkişaf dinamikasını göstərir və bu münasibətlər hər iki dövlətin dayanıqlı iqtisadi inkişafına, habelə enerji təhlükəsizliyinə mühüm töhfə verir.

“Azərbaycanda aktiv fəaliyyət göstərən İtaliya şirkətlərindən biri də “Maire Tecnimont” şirkətidir. Sözügedən şirkət daha öncə Azərbaycan üçün strateji əhəmiyyətə malik olan “SOCAR Polymer” layihəsi çərçivəsində Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarını keyfiyyətlə inşa edib. Bu layihə Azərbaycanda qeyri-neft ixrac həcmlərinin artırılması, idxaldan asılılığın azaldılması, habelə kiçik və orta biznes subyektlərinin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Artıq bu zavodlarda istehsal olunan polimer məhsullarının həcmi ildən-ilə artır, bu isə, öz növbəsində, Azərbaycanın qeyri-neft ixrac potensialının artması, habelə xarici bazarlarda mövqeyinin daha da güclənməsinə zəmin yaradır. Məsələn, ötən il polimer məhsullarının ixracı 58 faiz artıb. Beləliklə, 2020-ci ildə Azərbaycanda qeyri-neft sektorunun 12,5 faiz artımında polimer məhsulları da xüsusi çəkiyə malik olub.

“Maire Tecnimont” şirkəti ilə SOCAR arasında imzalanan yeni EPC sazişi çərçivəsində Heydər Əliyev adına neft emalı zavodunda “Avro-5” standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusunun quraşdırılması nəzərdə tutulur. Beləliklə, qurğuların inşa edilməsi ilə gələcəkdə Azərbaycanda “Avro-5” standartlarına cavab verən yanacaq istehsalı mümkün olacaq ki, bu isə öz növbəsində sürücülərin daha keyfiyyətli yanacaqla təmin olmasına, habelə ölkənin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına töhfə verəcək”, - deyə E.Axundzadə bildirib.

“Maire Tecnimont” kimi dünyanın 45 ölkəsində fəaliyyət göstərən və ən müasir texnologiyalarla təchiz olunan bir şirkətin Azərbaycanda fəaliyyət göstərməsi ölkəmizə mütərəqqi texnologiyaların transferi, eyni zamanda, peşəkar kadrların yetişdirilməsi baxımından da olduqca əhəmiyyətli olduğunu vurğulayan ekspert qeyd edib: “Şirkət Azərbaycanda 7 il əvvəl fəaliyyət göstərməyə başladıqda, bütün mütəxəssis heyəti italyanlardan təşkil olunmuşdu. Bu gün isə, işçi heyətinin 72 faizi yerli kadrlardan ibarətdir. Yəni, ötən illər ərzində şirkət yerli kadrların inkişafına əhəmiyyətli dərəcədə investisiya yatırıb. Başqa sözlə, “Maire Tecnimont” kimi texnologiya baxımından nəhəng bir şirkətin Azərbaycanda fəaliyyəti, öz növbəsində, insan kapitalının inkişafı baxımından da olduqca əhəmiyyətlidir. İnsan kapitalı isə, bir ölkənin ən zəngin sərvətidir. Məhz iqtisadi inkişafı meydana gətirən bütün amillərin mərkəzində insan amili dayanır. Bu minvalla, Azərbaycanda yüksək ixtisaslı kadrların yetişdirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafının daha da güclənməsinə töhfə verəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib