Əlyazmalar İnstitutu əməkdaşının “Qədim yazı” kitabı nəşr olunub
Bakı, 12 iyul, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Qədim yazı (ədəbi-bədii tərcümələr)” adlı kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müəllifin 2007-2009-cu illər ərzində orijinaldan - ingilis, fransız, ispan, türk və rus dillərindən etdiyi ədəbi-bədii tərcümələrindən ibarət bu kitabında Çjuan Szı, Viktor Hüqo, Frans Kafka, İvan Bunin, Ernest Heminquey, Corc Oruell, Orxan Vəli, Nazim Hikmət, Qabriel Qarsia Markes, Umberto Eko, Doris Lessinq, Eva dö Vitray-Meyeroviç, Haruki Murakami, Jan-Mari Qustav Leklezio, Mişel Uelbek kimi dünyaşöhrətli klassiklərin, o cümlədən müasir qələm ustadlarının yaradıcılıq nümunələri yer alıb. Topluya daxil olan bədii tərcümələr hekayə, şeir və müsahibə janrındadır.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Enbe Monami, texniki redaktoru isə Alik Xankişiyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]