Ən yaşlı paraşütçüsü vəfat edib
Stokholm, 4 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Mölbyu şəhərindən olan isveçli Rut Larsson 107 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, o, ahıl yaşlarında paraşütlə tullanma sayəsində məşhurlaşıb və dünyanın ən yaşlı paraşütçüsü olub.
Rut ilk tullanışını 101 yaşında həyata keçirib, 103 yaşında isə tandem tullanışının ən yaşlı iştirakçısı kimi Ginnesin rekordunu qırıb. Qadın etiraf edib ki, qorxu hiss etməyib və bildirib ki, tullanışları icra etmək onun çoxdankı arzusu olub. Ekstremal idman növlərinə maraq onda yalnız qocalıq dövründə yaranıb.
Yaşına baxmayaraq, Larsson uzun müddət aktiv həyat tərzi sürüb və 105 yaşınadək hər gün 3 kilometrlik gəzintilər edib, lakin keçirdiyi pnevmoniyadan sonra vəziyyəti tədricən pisləşib.
Yaxınları Rut Larssonu öz arzusunu gerçəkləşdirən və həyatını maraqlı yaşayan insan kimi xatırlayır, onun başqalarına yaşdan qorxmamağı və istəklərinin arxasınca getməyi aşıladığını deyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]